Vaxt.Az

“Qəbiristanlıq minalanıb”


 

Ukrayna-Rusiya müharibəsində son durum

“Qəbiristanlıq minalanıb” Rusiyanın döyüş təyyarələri Lvovu bombalayıb, raketləri ilə Kiyevə zərbə endirib. Bununla da Moskva Qara Dənizdəki kreyserinin batmasından sonra Ukrayna şəhərlərinə daha çox uzun-mənzilli raket hücumu həyata keçirməklə bağlı təhdidlərini həyata keçirir.

***

Rusiya Ukrayna paytaxtı Kiyevdə zirehli maşın zavodunun istehsalat binalarını və Mikolaiv şəhərində hərbi təmir ocağını dağıdıb. Bu barədə “İnterfaks” xəbər agentliyi Rusiyanın müdafiə nazirliyinə istinadən xəbər verib.

Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü CNN-ə bildirib ki, müharibədə indiyədək 2500 ilə 3000 arası Ukrayna əsgəri həlak olub, 10 000-i yaralanıb.

***

Rusiyanın xarici işlər nazirliyi Britaniya baş naziri Boris Conson, xarici işlər naziri Liz Trass, müdafiə naziri Ben Vallas və digər 10 hökumət üzvü və siyasətçisinin Rusiyaya girişinə qadağa qoyduğunu bildirib.

Ukrayna diplomatı deyib ki, Ukrayna Rusiyanın hərbi müdaxiləsi səbəbilə daha çox dəstək üçün NATO üzvü Türkiyə ilə mümkün qədər işləyir və məmnun olmasa da, Ankaranın Moskva ilə paralel əlaqələrinin olduğuna dair reallığı anlayır.

“The Washington” Post cümə günü bildirib ki, Rusiya Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Qərb Ukraynanın “məsuliyyətsiz hərbiləşdirilməsini davam etdirsə, bunun gözlənilməz nəticələr” olacaq.

***

Ukraynanın ümumi daxili məhsulu (ÜDM) bu il 30 faizdən 50 faizə qədər düşə bilər. Bunu Maliyyə naziri Sergey Marçenko televiziya ilə yayımlanan çıxışında deyib.

Ukraynanın ən zəngin adamı mühasirədə olan Mariupol şəhərinin yenidən qurulmasına kömək edəcəyini vəd edib. Onun şəhərdə iki polad zavodu var və o, onların yenidən qlobal miqyasda rəqabət aparacağını deyir.

Mənbələrin cümə günü bildirdiyinə görə, Ukraynanın Baş naziri Denis Şmihal və yüksək səviyyəli maliyyə rəsmiləri gələn həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iclaslarında iştirak edəcəklər və Böyük Yeddilər və başqa rəsmilərlə görüşəcəklər.

***

Darvazanın üzərindəki əl işi lövhədə “Qəbiristanlıq minalanıb. Təhlükə” xəbərdarlığı yazılsa da, Ukraynanın şimalında, əvvəllər işğal olunmuş Trostyanets şəhərinin sakinləri hələ də müharibədə həlak olan ailə üzvlərinin məzarlarını ziyarət edirlər.

***

“Mariupolda vəziyyət çətin və mürəkkəbdir. Hazırda döyüş gedir. Rusiya ordusu şəhərə hücum etmək üçün mütəmadi olaraq əlavə birliklər çağırır,” müdafiə nazirliyinin sözçüsü Aleksandr Motunzyanik cümə günü brifinqdə bildirib.

 





17.04.2022    çap et  çap et