Vaxt.Az

Zelenski sülhdən çox savaşdan danışır


 

Müharibə Ukrayna prezidentini siyasətçi kimi püxtələşdirib

Zelenski sülhdən çox savaşdan danışır Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı ilk günlərdə prezident Vladimir Zelenski indikindən daha gərgin idi, işğalı durdurmaq üçün daima danışıqlar təklif edir, Kreml sahibi ilə istənilən yerdə görüşməyə hazır olduğunu vurğulayırdı. Zelenski ordusunun qəhrəmanlığını, Buça qətliamını və işğalçının itkilərini gördükcə mövqeyini dəyişib. İki aya yaxın davam edən müharibə Zelenskini siyasətçi və prezident olaraq püxtələşdirib, indi o sülhdən çox savaşdan danışır.

Vladimir Zelenski ABŞ-ın “CNN” telekanalına müsahibəsində deyib ki, Ukrayna üçün Rusiyanı cilovlamaq və “özlüyündə dayanmaq” vacibdir, çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər. Zelenski gərəkirsə ölkəsinin işğalçı ilə 10 il də müharibə aparacağını deyib. Onsuz da Rusiya Ukraynanın iqtisadiyyatını, zavod və fabriklərini dağıdıb, Kiyev gələcəkdə sıfırdan başlamalı olacaq. Zelenski ölkəsinin resurslarını tükəndirən Rusiyanın resurslarını tükənməsi siyasətinə üstünlük verməyə başlayıb.

 





17.04.2022    çap et  çap et