Vaxt.Az

Daha bir ölkə “S-400” əldə etdi


 

Bayden bunun əleyhinə idi və təkbətək görüşündə Modiyə bildirmişdi

Daha bir ölkə “S-400” əldə etdi Moskva Dehli ilə keçmiş illərdə imzaladığı sazişə görə Hindistana “S-400” Zenit Raket Komplekslərini (ZRK) çatdırıb. Bir müddət əvvəl Rusiyadan eyni raketləri alan Türkiyə kimi Hindistan üçün də hava sahəsini qorumaq vacibdir. Hindistana əsas təhlükə Çindəndir. İki ölkə arasındakı sərhəddə gərginliyin azalmaması da bundan xəbər verir.

Dehli “S-400” raketlərini Hindistanın hansı hissəsində yerləşdirəcəyinə dair rəsmi məlumat yaymayıb. Ancaq Hindistan mətbuatı həmin raket kompleksinin Çinlə sərhədin Himalay dağları hissəsində yerləşdirəcəyinə dair məqalələr yayımlayırlar. ZRK-ların Hindistanla sərhəddəki Pəncab ştatında yerləşdirəcəyi ehtimalı da var.

ABŞ Hindistanın Rusiyadan “S-400” raketlərini almasının əleyhinə idi. ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modiyə bu haqda fikirlərini açıq bildirmişdi. Bundan sonra Dövlət Departamenti və Pentaqon da hindli həmkarlarını xəbərdar etmişdilər. 

Əslində Dehli “S-400” ZRK-ları xaricində Rusiyadan digər hərbi texnikasına marağı azalıb. Halbuki, Hindistan keçmiş illərdə SSRİ-dən və Rusiyadan hərbi texnika alan əsas ölkələrin başında idi. Misal üçün Dehli Moskva ilə 10 il əvvəl imzaladığı sazişə baxmayaraq, Rusiyadan 80 hərbi helikopterin alışından imtina edib. Hindistan son illərdə hərbi texnika alışında Qərb texnologiyalarına üstünlük verir. Rusiyanın hərbi texnikasının Ukraynadakı durumu Hindistan və bənzəri ölkələri Kremllə hərbi sahədə əməkdaşlığa marağını daha da azaldır. 

Dehli Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanı tənqid etmir, BMT-də Rusiyanın əleyhinə səs vermir. Dehli Rusiya ilə Qərb arasında balanslı siyasətə üstünlük verir. Buna baxmayaraq, Dehli Çinin bölgədə artan hərbi gücü qarşılığında ABŞ-la əməkdaşlığı genişləndirir. Moskvanın Pekinlə Dehlini barışdırmaq səyləri nəticə vermədi. Bu baş versəydi Dehlinin ABŞ-la yaxınlaşmasına ehtiyac qalmazdı. Ancaq Pekinin aqressiv siyasəti Moskvaya Çinlə Hindistanla barışdırmağa imkan vermir.

 





18.04.2022    çap et  çap et