Vaxt.Az

Yeni yollara ehtiyac var


 

Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır

Yeni yollara ehtiyac var Çindən (Siyan) Almaniyaya (Manheim) gedən qatar ilk dəfə Transqafqaz marşrutundan istifadə edib. Qazaxıstandan, Xəzərdən, Azərbaycandan, Gürcüstandan, Qara dəniz və Rumıniyadan keçib.

Transqafqaz xətti üzrə daşımalar ötən illə müqayisədə 30 faiz artıb.

Potensial həcmlər çox böyükdür və Qafqazdakı nəqliyyat infrastrukturunun bunu mənimsəməsi üçün çox işlər görülməlidir.

Transxəzər marşrutunda 2021-də 25200 konteyner daşıyıblar.

Bakı-Tiflis-Qars yoluyla 2020-də 11,7 min, 2021-in 1-ci yarısında isə 11 min konteyner daşıyıblar.

Müqayisə üçün, Çindən Avropaya gedən yük 2021-ci ildə 1,46 milyon konteyner olub. Onun 1,1 milyonunu Rus dəmiryolu daşıyıb. Potensial çox böyükdür.

Ukrayna savaşı və sanksiyalar Rusiyadan yan keçməyə vadar edir.

Şübhəsiz ki, Bakı-Tiflis-Poti və Bakı-Tiflis-Qars bu həcmdə yüklər üçün azdır. Həm mövcud yolların daha effektiv işlədilməsinə, həm də yeni yollara ehtiyac var.

Bakı-Zəngilan-Naxçıvan-Qars da əlavə imkanlardan  biridir.

Zəngəzur dəhlizi bununla sadəcə Azərbaycan-Ermənistan məsələsi olmaqdan çıxıb Şərq-Qərb beynəlxalq yolunun önəmli nöqtəsinə çevrilir. Bu Azərbaycana Ermənistana təzyiq üçün əlavə rıçaqlar verir.

Maraqlı bir məqam da var. Rusiya Dəmiryolu Transxəzər yoluyla yüklərin daşınmasına əngəl yaratmaq istədiyini gizlətmir. Rus dəmiryolunun rəsmi nümayəndəsi deyir ki, əngəlləmək üçün Samur-Xaçmaz yolundan Azərbaycana çoxlu konteynerlər ötürməyə çalışırlar ki, Bakı-Tbilisi yolu yüklənsin.

Ermənistandakı bütün dəmiryolların, o cümlədən Zəngəzurdakı parçanın Rus dəmiryoluna məxsus olduğu bəllidir. Beləliklə, belə çıxır ki, Rusiya bu dəhlizin açılmasını gecikdirməkdə maraqlı olacaq?

Son günlərdə İlham Əliyevin Zəngəzurla bağlı “Ermənistan bizə dəqiq vaxt desin və nöqtə göstərsin, harada dəmiryol birləşəcək ” kimi sərt bəyanatının arxasında bu durur. Bunu AB-nin nümayəndəsinə dedi.

Paşinyan burada tək Azərbaycanla yox, həm AB, həm də Çinlə üz-üzə qalır. Paşinyan isə məhz bu məsələdə hələ Rusiyanı razı salmaqda çətinlik çəkir, görünür.

Amma 10 noyabr 3TB-nin əsas şərtlərindən biri bu və icra etməmək, burcutmaq Ermənistanı pis durumda qoyur.

 





21.04.2022    çap et  çap et