Vaxt.Az

“İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib”


 

Zelenski: “Azərbaycan azsaylı ölkələrdəndir ki, biz onları başa düşürük”

“İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib” “Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib. Onun sözlərinə görə, rəsmi Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib.

“Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, biz onları başa düşürük”.

Azərbaycanla yanaşı Türkiyə ilə də yaxşı münasibətlərin olduğunu vurğulayan dövlət başçısı rəsmi Ankaranın hazırda tərəflərlə diplomatik görüşlər keçirdiyini bildirib:

“Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”.

 





24.04.2022    çap et  çap et