Vaxt.Az

«Heç nə başa düşmədim»


 

Ərdoğan Fətullah Gülənin Azərbaycandakı məktəblərindən danışıb

«Heç nə başa düşmədim» Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülənin Azərbaycandakı məktəbləri ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, jurnalistlərin sualını cavablandıran R T Ərdoğan bu barədə ona məlumat verildiyini söyləyib. Baş nazirin sözlərinə görə, bu barədə ona söhbətləşmələrdən sonra məlumat veriblər: «Bu gün mən danışıqlarda iştirak ediridim. Tədbirlər bitəndən sonra Gülənin Azəbaycandakı məktəblərinin əlindən alınması barədə mənə məlumat verdilər. Mən heç nə başa düşə bilmədim. Çünki tələsirdim».

Daha sonra Ərdoğan Fətullah Gülənin Pakistandakı məktəblərinin də əlindən çıxması xəbərlərinə münasibət bildirib: «Eyni zamanda Pakistanda da belə hadisələr ola bilər. Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşəcəm. Görüşdə bu mövzulardan söhbət açacağıq».

 





07.03.2014    çap et  çap et