Vaxt.Az

Fransa siyasəti hara gedir?


 

İrqçi lider 10 ildə səslərini iki dəfədən çox artıraraq 15 milyon səs qazanıb

Fransa siyasəti hara gedir? Fransada prezident seçkisinin ikinci turunda gözlənildiyi kimi 58,8 faizlə Markron qələbə çaldı. Ancaq diqqəti çəkən məqam “Milli Cəbhə” lideri, irqçi Marine Le Penin son 10 ildəki performansıdır. Le Pen 2012 seçimində 17,9 faiz səslə üçüncü olmuşdu. 2017 ildəki ilk turda Makronla (24 faiz) birlikdə (21 faiz səs) ikinci tura qalan Marine Le Pen orda 33,9 səs qazandı. 2022 seçkilərində yenə Makronla (27, 48 faiz) Marine Le Pen 23,15 faiz səslə ikinci tura qaldı. Dünən keçirilən turda Marine Le Pen 41,2 faiz səs alıb.

Bir siyasətçinin 10 ildə qazandığı səsləri təxminən 2,5 dəfə artırması çox böyük uğurdur. Bu səslərin daimi yüksələn trenddə olması bir başqa mühüm məqamdır. Bu irqçi yüksəlişin Avropa kimi siyasətin çox da kəskin dəyişikliklərlə müşayiət olunmadığı və demokratik siyasi mədəniyyətin çox yüksək olduğu bir yerdə bas verməsi də çox diqqət çəkicidir. İrqçi bir partiyanın dünyada demokratik inkişafın təməlləri baxımından aparıcı yerə malik olan “Azadlıq, Bərabərlik və Qardaşlıq” prinsiplərini bəxş etmiş Fransada bu cür yüksəlişi isə dünyanın gedişatı haqqında daha da narahat edicidir! 

Marine Le Penin bu yüksəliş  trendi davam edərsə 2027 seçiminin necə olacağı ciddi narahatçılıq doğuran bir hadisə olacaq.

 





25.04.2022    çap et  çap et