Vaxt.Az

Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb


 

Hələlik Suriyaya uçanlar üçün ...

Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb Türkiyə Suriyaya uçan Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağlayıb. Bu barədə şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla Reuters məlumat yayıb.

Rusiyanın Suriyada hərbi kontingenti, o cümlədən döyüş təyyarələri var. Çavuşoğlunun sözlərinə görə, uçuş üçün icazə üç ay müddətinə verilir, bu müddət apreldə başa çatıb və uçuşlar dayandırılıb.

Türkiyənin xarici işlər naziri bu addımın səbəblərini açıqlamasa da, hərbi gəmilərin Bosfor boğazından keçməsinə hazırkı qadağanı xatırladıb - Türkiyə bunu Ukraynadakı müharibə ilə bağlı tətbiq edib. Rusiyadan Suriyaya ən qısa yol Türkiyə hava məkanından keçir.

Türkiyə üzərindən yolun bağlanması o deməkdir ki, İran və İraq üzərindəki hava məkanından istifadə etmək lazım gələcək.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçilik səylərini davam etdirir.

Onun sözlərinə görə, işçi alt qruplarda danışıqlar davam edir, həmçinin Ukrayna və Rusiya prezidentlərinin Türkiyədə görüşlə bağlı ilkin razılıq var.

 





24.04.2022    çap et  çap et