Vaxt.Az

«Mesaj alındı»


 

Obama ondan Fətullah Güləni istəyən Ərdoğana belə cavab verib

«Mesaj alındı» Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarından birinin gündəmlə bağlı suallarını cavablandırıb. «Axar.az» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlama verərkən Obama ilə danışıqlarından da bəhs edib.

Ərdoğan Obama ilə telefon danışıqlarından bəhs edərək Fətullah Gülən haqqında ondan istədiklərini deyib: «Mən hörmətli ABŞ prezidenti Obama ilə bu mövzunu müzakirə elədim, ona görə də ümidliyəm. Ölkəmdəki narahatlığın qaynağı oradadır və sizdən lazım olanı gözləyirəm, dedim. Amerikanın daxili təhlükəsizliyini təhdid edənləri məndən necə istəyirsinizsə mən də sizdən bu mövzuda kömək istəyirəm, dedim və o da bunu müsbət qarşıladı. Mesaj alındı, dedi».

 





07.03.2014    çap et  çap et