2022-də ənənəvi sağ və sol partiyalar yenidən ən biabırçı nəticə göstərdi və yerlərini yenə ifratlara verdilər. Bu səfər daha güclü ifrat solçu Jan Luc Melekon və Marine Le Penin yanında populist, ifrat millətçi Eric Zemmur (7 faiz səs qazanmışdı – təqribən 2 milyon seçici) peyda oldu. Seçkilərin ilk turunda Macron, Melenkon və Le Pen demək olaraq, aşağı-yuxarı, hərəsi 20 faiz səs aldılar. Makron yenə də xanım Le Penlə ikinci tura qaldı və qalib gələrək növbəti dəfə Fransa Prezidenti seçildi. Ancaq bu qalibiyyətdirmi!?
Son illərdə ifrat qüvvələrin meydana çıxması Emnanuel Makronun ilk 5 illiyində daha da gücləndi. Bu seçkilərdə yenə də fransızlar Makrona onun ideyalarına görə yox, daha çox ifrat qüvvələrin qarşısını almaq, ənənəvi respublikaçılığı qoruyub saxlamaq üçün səs verdilər.
Maraqlı olan isə növbəti 5 illikdir: Makronun (qalib gəlsə də) qeyri-populyarlığı fonunda İrəlidə hələ, olduqca zəifləmiş ənənəvi siyasi partiyalarla, yenidən güclənmiş və bu gecədən sonra yeni bloklar yaratmağı qərara almış ifrat sağ və sol qüvvələrlə parlament seçkiləri, yerli və regional seçkilər, Avropa Parlamenti seçkiləri və s. kimi siyasi mübarizələr var. Xülasə, 2017-də meydana çıxan Makron kimi 2027-ci ildə də Fransada yeni qüvvə, yeni lider peyda olmalıdır.
Bu yöndə gözləntilər ekolojistlərdəndir (yaşıllar). Ekolojistləri də gücləndirən, şəxsən ekolojist ambisiyalı olan Makron hakimiyyəti oldu. Onlar son illərdə ölkənin bir çox şəhərlərində bələdiyyə seçkilərini qazana biliblər. Ekoloji problemlərin gələcəkdə daha da aktual olduğunu nəzərə alsaq, niyə də yox!?