Vaxt.Az

Dünyanın nəzəri Ərdoğana yönəlib


 

Türkiyə hansı məsuliyyəti üzərinə götürməyə hazırdır?

Dünyanın nəzəri Ərdoğana yönəlib Mariopldakı “Azovçular” və zavod kompleksinin sığınacağında daldalanan insanların xilas edilməsi məsələsi bu gün bütün dünyanın vicdanlı camiəsini narahat edən bir məsələdir. Putin rəhbərliyi, rəsmi şəkildə ora hücum etməyəcəklərini bildirsə də, hər gün əraziyə hücum, əsasən də, ağır “Tu 95” bombardmançı təyyarələri ilə hava zərbələri davam etdirilir.

BMT baş katibi Antonio Quterreşin əvvəl Türkiyəyə, dünən Rusiyaya, bu gün isə Ukraynaya səfəri, əsasən bu humanitar faciənin qarşısını almağa yönəlmişdi.

Rusiya tərəfi, “Azovçuları” yaxşı halda təslim olub, məhkəmə qarşısına çıxarılması perspektivini vəd edir. Çeçen müharibəsini xatırlayanlar, bunun nə demək olduğunu yaxşı bilir. Məhz ona görə də bütün dünyanı heyran edən bu cəngavərlər, güllələri bitənə – son nəfəsə qədər döyüşəcəklər. Zelenski onların mühasirədən qeyri şərtsiz buraxılmasını, məhv ediləcəkləri halda isə Rusiya ilə bütün danışıqların bitəcəyini, düşmənə daha amansız, barışmaz olacaqları bəyanatı verib. Bəs vəziyyətdən necə çıxmalı?

Beynəlxalq qaydalara görə belə çıxılmaz situasiyada, qarşı tərəflərin güvəndiyi bir dövlət, onların razılığı ilə həmin döyüşçüləri atəşkəs rejimi gözlənilməklə ərazidən çıxarır, öz ölkəsinə aparır və döyüşlər bitənə qədər onların vətənlərinə dönüb müharibəyə qoşulmayacaqları barədə öhdəlik götürür. Türkiyə belə bir məsuliyyəti üzərinə götürməyə hazırdır və bunun üçün hər iki dövlətlə, həmçinin BMT institutları ilə təmaslar qurub, yorulmadan, hər gün danışıqlar aparmaqdadır. Təbii ki, öz igidlərinin xilası üçün Ukrayna da buna razıdır. Amma Rusiyanın bir neçə il öncə “Azov” polkunu terror qrupu kimi tanıması içləri çətinləşdirir. Quterreşin simasının dünənki vəziyyəti, Putinin və  Lavrovun qeyri konstruktiv çıxışları bu proyektin baş tutmasına ümidləri azaldır.

Gözlər Türkiyədə, onun lideri Ərdoğandadır. Ukraynanın, eləcədə dünyanın tanınmış simaları Türkiyə Prezidentinə müraciətlər, xahişnamələr ünvanlamaqdadır. Ümidimizi itirməyək...

 





27.04.2022    çap et  çap et