Vaxt.Az

“Maşinsazi” dağılır


 

Təbrizin ən qədim futbol klubunun ofisi möhürləndi

“Maşinsazi” dağılır Təbrizin “Maşinsazi” futbol klubu dağılmaq üzrədir. Klubun ofisinin möhürləndiyini bildirir. Bunun xüsusi şikayətçinin iddiası əsasında prokurorluq məmurları tərəfindən həyata keçirildiyi qeyd olunur.

Klubun hüquqşünası Məhəmmədhəsən Xətibi mediaya verdiyi açıqlamada klubun ofisinin bağlandığını təsdiq edib. O, komandanın fəaliyyətinin mümkün olacağını istisna etməyib.

Lakin yerli sosial media istifadəçiləri və klub tərəfdarları ofisin möhürlənməsinin “Maşinsazi”nin fəaliyyətinin dayandırılması üçün edildiyini yazıblar.

Klubun baş məşqçisi Əli İbrahimiyan isə klubun fəaliyyət göstərib-göstərməyəcəyi barədə suala açıq cavab verməkdən çəkinib.

“Ümid edirəm ki, əlaqədar məsullar Azərbaycanın ən qədim və köklü idman klubunun ağır durumdan çıxmasına dəstək verəcək və onun dağılmasına imkan verməyəcəklər”, – deyə baş məşqçi bildirib.

Martın əvvəlində klubda çıxış edən idmançılar aylardır heç bir əmək haqqı almadıqlarını bildiribmiş, klub rəhbərliyinə xəbərdarlıq etmişdilər.

“Maşinsazi” klubu bir neçə ildir ki, maliyyə problemləri səbəbindən acınacaqlı duruma düşüb və son bir neçə ildə fəaliyyəti dayandırılıb.

Yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət naziri və Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmin iştirakı ilə keçirilən toplantıda “Maşinsazi” və “Traxtur” klublarının İran Milli Mis Şirkətinin tabeliyinə verilməsi barədə saziş imzalanıb.

Azərbaycan klublarının maliyyə problemlərinin həll ediləcəyinə söz verilməsinə baxmayaraq, bu günə kimi bu yerinə yetirilməyib və bir sıra fars millət vəkilləri “İran Milli Mis Şirkəti”nin Azərbaycan klublarına büdcə ayırmasına imkan verməyəcəklərini bildiriblər.

 





28.04.2022    çap et  çap et