Vaxt.Az

İranlı axund axır çərşənbəyə lənət oxudu


 

««Böyük şeytan»dan özünü qorumalı, ayıq olmalıdır»

İranlı axund axır çərşənbəyə lənət oxudu Martın 7-də Tehranın cümə namazına rəhbərlik edən axund Məhəmmədəli Müvəhhidi Kirmani namaz xütbəsində nüvə danışıqlarına və axır çərşənbə mərasiminə toxunub.

«Media forum» saytının məlumatına görə, axund deyib ki, İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqları aparan nümayəndə heyəti «böyük şeytan»dan (Amerika nəzərdə tutulur – red.) özünü qorumalı, ayıq olmalıdır: «Allah eləsin ki, böyük şeytan danışıqlarda İran nümayəndə heyətinin başını aldada bilməsin. Siz amerikalıların mövqeyini görürsünüz. Bunlar 5+1 qrupunda veto hüququna malikdirlər. Onlar bir tərəfdən bizimlə müzakirələr aparır, digər tərəfdən bütün seçimlərin masa üzərində olduğunu bildirir. Bunlar belə ünsürlərdir. Allah İran nümayəndə heyətinə kömək etsin ki, bu ağır mərhələni geridə buraxa bilsinlər».

Müvəhhidi Kirmani çərşənbə axşamı mərasiminə qarşı çıxdığını bildirib: «Qarşıdan iyrənc axır çərşənbə gəlir. Valideynlər bu mərasimdə od yandıran, taraqqa partladan uşaqlarına nəsihət verməli, bunun ziyanlı tərəflərini onlara izah etməli və övladlarını bu ziyanlı işdən çəkindirməlidirlər».
 





07.03.2014    çap et  çap et