Vaxt.Az

Lider məğlub oldu


 

«Xəzər Lənkəran» da xal itirdi

Lider məğlub oldu Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 25-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda lider «İnter» səfərdə «Sumqayıt»la qarşılaşıb. Rəqibini minimal hesabla məğlub edən çempionatın autsayderi cari mövsümdə 4-cü qələbəsini rəsmiləşdirib.

«Simurq» və «Xəzər Lənkəran» səfərdə, müvafiq olaraq, AZAL və «Rəvan»ın müqavimətini qıra bilməyib.

Əvəzedicilərin çempionatı
25-ci tur
7 mart

Sumqayıt - İnter - 1:0Qol: Cəmil Hacıyev, 74-öz qapısına.

 

AZAL - Simurq - 1:1Qollar: Əbülfəz Hüseynli, 30 - Arzuman Nəsibov, 36-pen.

 

Rəvan - Xəzər Lənkəran - 0:0.

 





07.03.2014    çap et  çap et