Vaxt.Az

Ermənilərlə kürdlər İsrailə qarşı mitinq keçirib


 

Keşiş Əzizyan fars-molla rejiminin dili ilə danışıb

Ermənilərlə kürdlər İsrailə qarşı mitinq keçirib Aprelin 29-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan asuri, erməni və etnik kürd mühacirlər İsrailə qarşı mitinq keçiriblər. Bu barədə fars-molla rejeiminə bağlı “Mehr” xəbər agentliyi məlumat yayıb.

Aksiyada İsrail bayrağı yandırılıb. Urmuda yaşayan ermənilərin keşişi Daryavş Əziziyan çıxışı zamanı İsraili işğalçılıqda ittiham edib. 

O, İran rəsmilərinin İsrailin məhv olacağı barədə şüarlarını təkrar edib.

Həmçinin Qərb və Avropa ölkələrini Ukrayna məsələsindən su-istifadə etməkdə günahlandırıb, fələstinlilərə qarşı laqeyd münasibət bəslədiklərini iddia edib.

 





29.04.2022    çap et  çap et