Vaxt.Az

Qaytarın kişiləri məktəblərə!


 

Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya

Qaytarın kişiləri məktəblərə! Müəllimlərin hamısının getdikcə qadınlardan ibarət olması bizim xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq üçün, siniflərdə kişi görmək üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır.

Heç bir kişiyə məcburi demək olmaz ki, al bu 500 manatı, gəl müəllim işlə. 

Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır. 

6 yaşdan başlayaraq 11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?! Hələ vay o günə ki evdə də kişi tərbiyəsi, kişi davranışı görməyə. 

Bu bizim bu gün gözlə görə bilmədiyimiz, amma bir müddət sonra millətin deqradasiyasına nədən olacaq, çox qorxulu tendensiyadır.

Qaytarın, kişiləri məktəblərə!

 





08.05.2022    çap et  çap et