Vaxt.Az

100 il dəyişməyəcək rekord


 

Messi fantastik məbləğə transfer oluna bilər

100 il dəyişməyəcək rekord İngiltərənin «Mançester Siti» futbol klubu «Barselona» komandasının lideri Lionel Messini 200 milyon avroya almaq və ona 25 milyon avro illik məvacib təklif etmək niyyətindədir.

«Şəhərlilər» Messinin son vaxtlar Kataloniya klubundakı vəziyyətindən və yeni müqaviləyə dair danışıqların gedişatından narazı olmasından istifadə etməyə çalışırlar. «Barselona»nın indiki məşqçisi Herardo Martino bu yay klubu tərk edə bilər ki, bu da Messinin ürəyincə deyildir. 

Nəşrin yazdığına görə, futbolçu getdikcə daha çox tərəfdaşları tərəfindən tənqid obyektinə çevrilir. Onlar Messidən oyun və məşqlər zamanı daha çox «can yandırmağı» gözləyirlər.   Bildirilir ki, Fransanın «PSJ» klubu kimi «Siti» də artıq futbolçunun atası və agenti Xorxe Messiyə müraciət edib. Lakin varlılar üçün müəyyən olunmuş 75 faizlik vergiyə görə argentinalının Parisə köçməsi ağlabatan deyil. (AzərTac)

 





07.03.2014    çap et  çap et