Vaxt.Az

Avropada qaz qiymətləri artır


 

77 gün ərzində mavi yanacağın qiyməti zirvədə qalıb

Avropada qaz qiymətləri artır Londonun İCE birjasının məlumatına görə, bu gün ticarət sessiyasının əvvəlində Avropada qazın qiyməti min kubmetr üçün 1059-1126 dollar dəhlizində qalaraq, orta hesabla 1,8 faiz artım nümayiş etdirir.

Qeyd edək ki, Avropada qazın qiymətləri mayın 10-da ticarət sessiyasının bağlanışına 2,5 faiz artaraq 1053,1 dollar təşkil edib.

Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropada qaz qiymətləri kəskin şəkildə artıb. Əgər fevralın 23-də qazın qiyməti min kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də təxminən 50 faiz bahalaşaraq 1555,5 dollara çatıb. Martın əvvəlində isə Rusiya enerji resurslarının idxalına qadağa təşvişi səbəbiylə qaz fyuçersləri London birjasında dörd gün ardıcıl olaraq tarixi maksimumlarını yenilədi. 3892 dollarlıq qiymət rekordu martın 7-də əldə edildi (23 fevrala + 275 faiz).

Son iki ay yarımda qaz qiymətlərinin minimum hesablaşma qiyməti aprelin 25-də müəyyən edilib – min kubmetr üçün 1027,1 dollar.

 





11.05.2022    çap et  çap et