Vaxt.Az

Rövşən Əsgərov axtarışa verilib


 

Nasizmə haqq qazandırılması ittihamı ilə ...

Rövşən Əsgərov axtarışa verilib Rusiyanın Daxili İşlər nazirliyi “Nə, nə vaxt, harda” teleşousunun iştirakçısı Rövşən Əsgərov barəsində axtarış elan edib. Daha öncə Rusiyanın İstintaq Komitəsi Əsgərova qarşı nasizmə haqq qazandırılması maddəsi üzrə cinayət işi açmışdı.

***

Rusiyanın İstintaq Komitəsi “Nə, nə vaxt, harda” teleşousunun keçmiş iştirakçısı və “Bilicilər klubu”nun üzvü, azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb.

İstintaqın versiyasına görə Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün “Facebook” səhifəsində “böyük Rusiya sərkərdəsi və vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb”.

İK-nin rəsmi məlumatında deyilir: “İstintaq komitəsi vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələməyə və alçaltmağa yönəlmiş istənilən cəhdlərin qarşısını, belə cinayətlərlə əlaqəsi olanların status və sosial vəziyyətinə baxmayaraq, prinsipiallıq və sərtliklə alacaq”.

 





11.05.2022    çap et  çap et