Vaxt.Az

Rusiya daha bir gəmi itirdi


 

“Vsevolod Bobrov”da yanğın olsa da batmayıb

Rusiya daha bir gəmi itirdi Ukrayna ordusu İlan adasına yaxınlaşan Rusiya Hərbi Dəniz Donanmasının “Vsevolod Bobrov” arxa təminat gəmisini vurub. Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk xəbəri təsdiqləyib.

Aldığı zərbə nəticəsində göyərtəsində yanğın baş versə də, gəmi batmayıb. 

Uzunluğu 95 metr, eni 22 metr olan 9500 tonluq “Vsevolod Bobrov” 2016-cı ildə suya buraxılıb və Rusiya donanmasında bu tip 2-ci gəmidir. O, yük daşımaları, buksir, hidroqrafik tədqiqatlar, xilasetmə tədbirləri üçün nəzərdə tutulub. Buzqıran özəlliyi də var.

 





13.05.2022    çap et  çap et