Vaxt.Az

“Söz oyunu oynayırlar”


 

“Hətta Mars və ya Yupiterin də Rusiyaya qoşulmağını istəyə bilərlər”

“Söz oyunu oynayırlar” Moskva tərəfindən təyin olunan Xerson vilayəti administrasiyası rəhbərinin müavini Kirill Stremousov “RIA Novosti” xəbər agentliyinə “Xerson şəhəri Rusiyadır” deyib.

O, Putindən Luqansk və Donetski kimi Xersonu da Rusiyanın “müvafiq bölgəsi” elan etməsini istəyib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu cür tələbi Xerson vilayətinin sakinləri irəli sürməli olacaq və onlar belə bir addım üçün tamamilə aydın hüquqi əsasından əmin olmalıdır.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak ilhaq məsələsini istehsal ilə qarşılayıb və “Twitter”də yazıb ki, “işğalçılar hətta Mars və ya Yupiterin də Rusiyaya qoşulmağını istəyə bilərlər. Onların hansı söz oyununu oynamalarından asılı olmayaraq, Ukrayna ordusu Xersonu azad edəcək”.

Xerson Qara Dənizdə yerləşən və təxminən 300 min sakini olan liman şəhəridir və qonşu Krımı içməli suya çıxışla təmin edir. Rusiya qüvvələri müharibənin əvvəlində şəhəri ələ keçirib.

 





13.05.2022    çap et  çap et