Vaxt.Az

Azərbaycan finala yüksəlib


 

“Fade To Black” ən çox səs toplayıb

Azərbaycan finala yüksəlib Azərbaycan “Fade To Black” mahnısı ilə “Eurovision-2022” mahnı yarışmasının finalına yüksəlib. Final yarışları mayın 14-də İtaliyanın Turin şəhərində keçiriləcək.

Mayın 12-də Turin şəhərində mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edib.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında “Fade To Black” mahnısını ifa edib. İştirakçılar arasında ən çox səs toplayan Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya.

Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliya birbaşa final mərhələsində çıxış edəcək.

 





13.05.2022    çap et  çap et