Vaxt.Az

Finlandiyada NATO sevinci


 

“Mən də prosesin sürətli olacağını gözləyirəm”

Finlandiyada NATO sevinci Finlandiyanın Prezidenti Sauli Niisto və Baş nazir Sanna Marin cümə axşamı NATO-ya qoşulmağa razılıqlarını ifadə ediblər. Bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq ölkədə baş verən böyük siyasət dəyişikliyini tamamlaya bilər.

“NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya NATO üzvü olaraq bütün müdafiə alyansını gücləndirəcək”, – deyə onlar birgə bəyanatda bildiriblər.

“Finlandiya gecikmədən NATO üzvlüyünə müraciət etməlidir. Biz ümid edirik ki, ölkə daxilində bu qərarı vermək üçün gərəkli olan addımlar növbəti bir neçə gün ərzində atılacaq”.

Liderlər deyib ki, onlar bu qərarı Finlandiya Parlamenti və ictimaiyyətə məsələni nəzərdən keçirmək, NATO və qonşu İsveçlə məsləhətləşmək üçün vaxt verilməsindən sonra veriblər. İsveç rəsmilərinin də növbəti günlərdə NATO-ya müraciət edib-etməməyi nəzərdən keçirəcəkləri gözlənilir.

NATO-nun baş katibi Yens Stoltenberq aprelin sonunda deyib ki, əgər Finlandiya və İsveç müraciət etsə, “onlar müsbət qarşılanacaq və mən də prosesin sürətli olacağını gözləyirəm”.

“NATO-nun genişlənməsi və ittifaqın bizim sərhədlərimizə yanaşması dünyanı və qitəmizi daha sabit və təhlükəsiz etmir”, – Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı müxbirlərə deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski tvit ataraq deyib ki, o, Niinsto ilə telefon danışığı zaman Finlandiyanın qərarını alqışlayıb.

 





13.05.2022    çap et  çap et