Vaxt.Az

Qaz qazan doldurur


 

Ötən ilin dörd ayı ilə müqayisədə 14,4 faiz artım var

Qaz qazan doldurur 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 15,7 milyard kubmetr təbii qaz (neft quyularına vurulan həcmlər də nəzərə alınmaqla) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz çoxdur. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

“Qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.

Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Yataqlar istismara veriləndən cari ilin 1 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

 





12.05.2022    çap et  çap et