Vaxt.Az

İşğalçıların sürəti azalıb


 

Rusiya qüvvələrinin üçdəbirini itirib

İşğalçıların sürəti azalıb Britaniyanın hərbi kəşfiyyatı, Rusiyanın Ukraynanın şərqindəki Donbas bölgəsində hücum sürətinin azaldığını və qrafikdən əhəmiyyətli dərəcədə gerilədiyini bildirir.

Britaniya Müdafiə Nazirliyinin mayın 15-də yaydığı məlumatda deyilir ki, Rusiya fevralda cəmləşdirdiyi quru qüvvələrinin yəqin ki, 1/3-i itirib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayanda paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra indi əsas diqqətini Luqansk və Donetsk vilayətlərini əhatə edən Donbas bölgəsinə yönəldib.

Ukrayna hərbçilərinin bu arada verdikləri məlumata görə, Rusiya ordusu mayın 15-də Qərbi Lvov vilayətindəki hərbi infrastruktura hücum edib.

Lvovun qubernatoru Maksim Kozitskiy özünün “Telegram” hesabında bunun raket hücumu olduğunu amma tələfat olmadığını yazır.

Ukrayna ordusu bu arada, Rusiyanın nəzarətində olan ölkənin şərqindəki İzyum şəhəri yaxınlığında əks-hücuma keçdiyini bəyan edib.

Rəsmi Kiyev bildirir ki, Rusiya qüvvələri Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov yaxınlığındakı ərazilərdən geri çəkilir və bu Moskvanın uğursuzluğu kimi görünür.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib ki, Ukrayna “müharibənin uzunmüddətli yeni fazasına daxil olur.

 





15.05.2022    çap et  çap et