Vaxt.Az

“Sabah”ın gələcəyi parlaqdır


 

Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi

“Sabah”ın gələcəyi parlaqdır Bu il ölkəni avrokuboklarda “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” təmsil edəcək. Sonuncunun bu hüququ əldə etməsi prosesinin bu tura qədər uzanması gözlənilməz oldu. Ən azı mənim üçün.

“Qəbələ” bir neçə turu çıxmaq şərtilə mövsümboyu yaxşı oyun nümayiş etdirdi və haqlı şəkildə də istəyinə nail oldu. Bu nəticə klubun gələcəyinin sual altına düşməsinin qarşısını müvəqqəti də olsa, aldı. Buna sevinmək olar. “Sabah” isə...

Əminəm ki, “Sabah” avrokuboka çıxsaydı, bizim bir yox, iki klubumuzu qrupda görmək şansımız daha çox olacaqdı. Təbii ki, “Qəbələ” çoxdanın döyüşçüsüdür və həmişə kiçik büdcə ilə böyük uğurları qazanıb, bu dəfə də buna cəhd edəcək. Amma “Sabah” daha imkanlıdır və daha çox büdcə ilə daha yaxşı heyət yığaraq daha iddialı olacaqdı. Olmadı. Mövsümün əvvəlində yol verilən səhvlər öz “effekt”ini indi verdi.

Mən ən çox Murad Musayevə görə üzüldüm. Adam gənc olmasına baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi və avrokuboklara vəsiqə olsaydı, bu onun işinə yaxşı bir bonus olacaqdı. O da olmadı. Eybi yox. Növbəti mövsüm Premyer-Liqaya daha yaxşı hazırlaşmaq üçün imkanı və vaxtı daha çox olacaq. “Qarabağ”ın əsas rəqibi gələn il “Neftçi” deyil, Musayevli “Sabah”dır. Necə deyərlər, yazın bir qırağa.

Əcnəbi olacaqsa, məhz Musayevi millinin sükanı arxasında görmək istədiyimi demişəm, yenə də təkrarlayım.

 





15.05.2022    çap et  çap et