Vaxt.Az

“Bu bir uçurumdur”


 

“Qalanları sanki konsertə oxumağa gəlmişdi”

“Bu bir uçurumdur” “Eurovision-2022” mahnı yarışmasının milli jüri heyətlərindən biri idim. Dəyərli sənət adamları Faiq Ağayev, Fidan Hacıyeva, Ülviyyə Bəbirli və Gülnarə Xəlilova ilə 2 gecə yarışma boyu iştirakçıları izlədik. Bir çoxunu müzakirə etdik. Bir çox müzakirələrdə həmfikir olduq.

Mənim yaradıcılıq sahəmdə bu bir ilk idi. Yaradıcılığıma bu rəngi də qatmağa çalışdım. 

Müsabiqə ilə bağlı bir neçə fikrimi sizlərlə bölüşmək istəyirəm.

Azərbaycanımızı təmsil edən Nadir Rüstəmli malik olduğu səhnə qabiliyyəti, səs tembri, fakturası ilə daha gözəl performans sərgiləyə bilərdi. Bunun baş vermədiyi üçün çox təəssüflənirəm. Finalda saçının kəsdirilməsi isə bağışlanmazdır. Düşünürəm buna o özü tək başına qərar verməyib.

Mənim üçün İspaniya bu yarışmada ən çılğın və yarışma abu-havasında olan komanda idi. 

Sanki yarışmaçılar arasında bir tək Kuba əsilli Şanel yarışırdı. Qalanları sanki konsertə oxumağa gəlmişdi. 

Jüri üzvü olduğum üçün cinsi azlıq, cinsi çoxluq məsələlərinə də münasibət bildirmək olmur.

Amma görünən mənzərələr heç də ürəkaçan deyil. Efir rejissorunun tamaşaçılar arasında hər dəqiqə elələrini tapıb göstərməkdən tutmuş ,ifaçılara qədər, hətta çox rahat şəkildə bunu tamaşaçılara təqdim etmək. Bu bir uçurumdur. Qoy məni geridə qalmış, nə bilim daha nə adlandirsınlar. Amma bu doğru olan deyil. Buna inanıram. 

Gəlirəm jüri olaraq ən yüksək səs verməyə. Mən ən yüksək xalımı (12 xal) UKRAYNA vermişəm. Səbəb

1. Müharibənin ən qızğın vaxtında, insanların canları ilə əlləşdiyi bir vaxtda onlar sənətlə məşğul olurlar.

2. Oxuduqları mahnının musiqi ritmindən tutmuş, geyimləri, səhnələri millətinin adətini neçədə təmsil edirdi.

3. Mahnının sözləri çox mükəmməl idi. Siyasi, dini sözlərin qadağan olunduğu bu yarışmada incəsənət gerçəkliyi ilə onlar bunu necə bacarmışdı. Budur sənətin gücü. 

Bax belə. İndi texniki ya qeyri texniki deyə bilmərəm. Amma bayaq dediyim muzakirələrimizdən də mənə bəlli idi ki biz jüri heyəti olaraq Ukraynanı dəstəkləyirdik. Necə olur bu Böyük Britaniya olur bu artıq onların səhvi idi və ya oyunu hər nə idisə. Mənə görə əsas olan istədiyimizin birinci olması idi. İnanıram ki, yaxın zamanlarda qalan problemləri həll edib, açıqlama verəcəklər.

 





15.05.2022    çap et  çap et