Vaxt.Az

“Gəlin onda arxivləri də günahlandıraq”


 

Rövşən Əsgərov: “Sadəcə, o faktlar bir yerə toplanıb və belə mənzərə alınıb”

“Gəlin onda arxivləri də günahlandıraq” “Nə? Harada? Nə zaman?” (NHN) televiziya oyunu iştirakçısı sovet marşalı Georgi Jukov haqqında sosial mediada paylaşım edəndən sonra, ona qarşı cinayət işi açılıb.

“Gəlin onda “Wikipedia”nı, bütün arxivləri, tarix dərsliklərini də böhtan atmaqda günahlandıraq – orada (postda) elə bir şey yoxdur ki, tarix dərsliklərində olmasın. Sadəcə, o faktlar bir yerə toplanıb, və belə mənzərə alınıb”.

Rövşən Əsgərov ötən ayın əvvəlində paylaşdığı postu silib. O, deyib ki, marşal Jukova böhtan atmaqla bağlı ittihamı qəbul etmir: “Mən onu çıxarmışam. O postda bir qeyri-həqiqət olub. Mən yazmışdım ki, o, beşqat SSRİ qəhrəmanıdır. Əslində o, dördqat SSRİ qəhrəmanıdır”.

“1948-ci ildə onu hətta buna görə məhkum etmişdilər, və o peşman olduğunu deyib, və o həqiqətən də Almaniyadan vaqonlarla özü üçün mal daşıdığını etiraf edib, - keçmiş NHN oyunçusu təkid edir. – Və bu barədə “Wikipedia”da, və onun xatirələrində məlumat var, və arxivdə sənədlər vardır - bunların hansı yalandır?”

***

O əlavə edib ki, Jukov haqqında postu Rusiyada yazmayıb. Dövlət Tarix Muzeyinin (DTM) həmin postla bağlı şikayətinə dair isə deyib ki, həmişə elə düşünürdü ki, “tarixi muzeylər başqa məqsədlə yaradılıb”.

“İnciməyə qalsa, kim olur olsun nə üçün olur olsun inciyə bilər. Mən kimin nə üçün inciyə biləcəyini düşünsəm, susmağa məcbur olaram. Bu tamam dəhşətdir”.

Rövşən Əsgərov cinayət işi açılmazdan öncə Rusiyanı tərk edib. O, yaxın gələcəkdə Rusiyaya qayıtmaq niyyətində olmadığını deyir.

Rusiyanın Ukraynaya müdaxiləsinə dair isə öz mövqeyini Əsgərov belə təsvir edir: “Mən Rusiyanın son 22 il ərzində hərəkətləri ilə razı deyiləm”.

3 il əvvəl “Nə? Harada? Nə zaman?” klubunu tərk etdikdən sonra Əsgərov Rusiya vətəndaşı olduğunu deyib.

***

Rövşən Əsgərovun axtarışa verilməsi barədə məlumat Rusiya DİN axtarış məlumat bazasında çərşənbə günü yer alıb.

Aprelin 27-də Rusiya İstintaq Komitəsi (RİK) Əsgərova qarşı RF CM 354-cü maddəsinin 4-cü bəndi (nasizmə haqq qazandırma) üzrə açılmış cinayət işi ilə bağlı araşdırma aparıldığını bildirib.

Bu cinayət üçün 5 il müddətinə qədər həbs cəzası nəzərdə tutulur.

“İstintaq nəticəsində aşkar edilib ki, Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün “Facebook” sosial şəbəkəsindəki (Rusiya Federasiyası ərazisində qadağan olunub) səhifəsində “böyük Rusiya sərkərdəsi və vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb”, - RİK məlumatında deyilir.

RİK Əsgərovun “Facebook” postunu DTM şikayətindən sonra yoxlamağa başlayıb. Yoxlamanın aparılmasına RİK başçısı Aleksandr Bastrıkin əmr verib.

Əsgərovun Facebook postu aprelin 6-da dərc olunub. Muzey nümayəndəsinin sözlərinə görə, orada Jukov “poqonlu qatil” və “soyğunçu”, DTM isə - “psevdotarixi” qurum adlandırılır, “Mediazona” (Rusiyada xarici agent fəaliyyəti göstərən KİV reyestrinə daxil edilib) xəbər vermişdi.

“Böhtanlı ifadələr Rusiya ictimaiyyətində geniş yer alıb və geniş rezonans doğurub”, - nəşr şikayəti iqtibas edirdi. Daha bir postda Əsgərovun mart ayının sonunda Bakıya uçduğu bildirilir.

***

Fevralın 24-dən sonra bir çox tanınmış şəxslərə qarşı hərbiyə haqında “saxta məlumatlara” görə cinayət işləri açılıb.

Onların əksəriyyəti bundan əvvəl Rusiyanı tərk edib.

Müharibə başlanandan NHN klubunun üzvləri biri-birinin dalınca klubu və ölkəni tərk etməyə başlayıblar, “Mojem obyasnit” teleqram-kanalı qeyd etmişdi. “Əsasən gənclər gedir, qalıb və - heç nə olmamış kimi - oynayanlar isə klubun veteranları və maliyyə fəaliyyəti ilə məşğul olanlardır, - məlumatda deyilir. - “Az qala komandaların hamısını yenidən toplamalı olublar”.

Nəşrdə qeyd olunub ki, Birinci Kanalın birbaşa efirində qalmaqal ehtimalı qorxusundan NHN oyunları qabaqcadan yazılır və Moskva vaxtı ilə yayım saatı elan olunmayaraq efirə buraxılır. Bundan başqa, musiqili fasilələr də ləğv olunub. (BBC)

 





15.05.2022    çap et  çap et