Vaxt.Az

Finlandiya parlamenti NATO üzvlüyünə səs verdi


 

ABŞ Türkiyənin mövqeyi ilə bağlı yaranmış vəziyyətin yoluna qoyula biləcəyini bildirir

Finlandiya parlamenti NATO üzvlüyünə səs verdi Finlandiya parlamenti mayın 17-də ölkənin NATO-ya üzv qəbul olunmasına səs verib. 188 deputat qərarın lehinə, 8-i isə əleyhinə olub. Bundan əvvəl ölkənin prezidenti Sauli Niinistö və hökumət bu barədə prinsipial qərarın qəbul olunduğunu bəyan etmişdilər.

Finlandiyada ictimai rəy son illərdə NATO üzvlüyünün xeyrinə dəyişirdi, lakin Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumu ictimai rəydə “seysmik” dəyişiklik yaradıb.

Finlandiya və İsveçin NATO üzvlüyünə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin tələbləri ilə çıxış edir.

O, Skandinaviya ölkələrini Türkiyə, ABŞ və əksər dünya ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan PKK və başqa separatçı birləşmələri himayə etməkdə günahlandırır.

ABŞ administrasiyası Türkiyənin mövqeyi ilə bağlı yaranmış vəziyyətin yoluna qoyula biləcəyini bildirir.

 





18.05.2022    çap et  çap et