Vaxt.Az

Rusiya “Azov”u mühakimə edəcək


 

Baş prokurorluq Ali məhkəmədən batalyonu “terrorçu təşkilatlar” siyahısına salmasını istəyib

Rusiya “Azov”u mühakimə edəcək Rusiya Baş Prokurorluğu Rusiya Ali Məhkəməsinə Ukraynanın “Azov” batalyonunun “terrorçu təşkilatlar” siyahısına daxil edilnməsi üçün müraciət edib.

Rusiya Ali Məhkəməsinin qeydiyyat kartotekasına görə bu məsələyə baxacaq məhkəmə iclası mayın 26-da qapalı keçiriləcək.

Rusiya rəsmiləri Ukraynanın “Azov” batalyonunu neonasist adlandırırlar.

Bu batalyon 2014-cü ildə könüllü hərbi birləşmə kimi yaradılıb.

O vaxt onun əsasını sağ təmayüllü qüvvələr təşkil edirdilər.

Bununla belə bu batalyonun əksər döyüşçüləri özlərini neonasist hesab etmirlər.

Bu alay Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir.

Məhz bu batalyonun döyüşçüləri martın əvvəllərindən bəri Mariupoldakı “Azovstal” zavodunda Rusiya işğalçı qüvvələrinə müqavimət göstərirdilər.

 





18.05.2022    çap et  çap et