Vaxt.Az

Təbrizdə çörək çatışmazlığı


 

Əhali ilə işçilər arasında qarşıdurmalar yaranır

Təbrizdə çörək çatışmazlığı Təbrizin “azərəncümən” xəbər saytı şəhərdə çörək qıtlığı ilə bağlı növbəti məlumat yayıb. Saytın verdiyi xəbərə görə, çörəkçilər un çatışmazlığı ucbatından normal fəaliyyət göstərə bilmir, əhali ilə işçilər arasında qarşıdurmalar yaranır.

“Bizə ayrılan un payının səhər saat 11-ə kimi bitməsi nəticəsində çörək istehsalı dayanır və sexlər, çörək mağazaları qarşısında izdiham yaranır”, – deyə sayt çörək sexləri sahiblərinə istinadən yazıb.

Bundan öncə çörək qıtlığı ilə bağlı yayılan məlumatlar və yaranan narazılıqlara baxmayaraq, problemlə bağlı bir başa məsuliyyət daşıyan Təbriz rəsmiləri heç bir açıqlama verməyib.

 





18.05.2022    çap et  çap et