Vaxt.Az

Cərrahiyyənin gələcəyi ...


 

Nanorobotlar bədənimizdə işləməyə başlayır

Cərrahiyyənin gələcəyi ... Ostindəki Texas Universitetinin maşınqayırma mühəndisi professoru adi gözlə görünməyən robotlar yaradır ki, bir gün onlar insan bədənindəki şişləri müalicə edən avtonom komanda kimi işləsinlər.

Ostindəki Texas Universitetinin maşınqayırma mühəndisliyi üzrə professoru Yuebin Çjen öz komandası ilə qələmin ucundan da kiçik olan robotlar yaratmaq üçün çalışır ki, bu robotlar insan bədənində süzülərək xərçəng şişi kimi problemləri müstəqil şəkildə həll etsin.

“Ümid edirəm ki, bir gün onlar bədənimizə girə və cərrahi əməliyyat edə və ya şiş hüceyrələrinin harada olduğunu aşkarlaya bilər, beləliklə, bu bizim üçün qeyri-invaziv müalicə ola bilər”, - deyə Texas Universitetindən Yuebin Çjen bildirib.

Bu, elmi fantastika kimi səslənə bilər. Lakin bütün dünya alimləri bunu reallaşdırmaq üçün çalışırlar. Bu robotlar bədənə iynə vurmaqla və ya onları udmaqla daxil olurlar. Çjenin sözlərinə görə, qarşıya şiş kimi hədəf qoyulduqdan sonra məqsədə çatmaqdan ötrü kollektiv şəkildə işləmək üçün onlar bir-birləri ilə ünsiyyət quracaqlar. Bəzi tədqiqatçılar nanorobotları hərəkət etdirmək üçün ultrasəs dalğalarından və ya kimyəvi reaksiyalardan istifadə edirlər.

Çjen komandası qızıl, silikon və polistiroldan hazırlanmış kiçik robotları manipulyasiya etmək üçün yüksək güclü lazer şüası şəklində optikadan istifadə edir.

Çjenin məqsədi “mikro/nanorobotlar” adlandırdığı kimi balıq sürüləri kimi birlikdə hərəkət etməyi öyrənməkdir.

“Bu müxtəlif növ mikrorobotların bir çoxu ilə necə qarşılıqlı əlaqə yarada bilərik ki, onlar bir davranış qrupları, əlaqələndirilmiş davranış qura bilsinlər” - deyə, Çjen bildirib.

Çjen robotları təyinat yeri olan, lakin yol qaydalarını və təhlükələri öyrənməli olan avtonom avtomobillərlə müqayisə edib.

“Onlar üçün bu, bədəndəki immunitet sisteminin tıxacından qaçmağa çalışmaqdır” - deyə, o qeyd edib.

Mikro nanorobotların gələcək rolları insan orqanizmi ilə məhdudlaşmayacaq. Çjen deyir ki, onlar bir gün ətrafda üzmək və tullantıları təmizləmək üçün gölə yerləşdirilə bilərlər.

İnsanlar üzərində klinik tədqiqatların yaxın bir neçə il ərzində başlaması planlaşdırılır, buna görə də nanorobotların daxildən əməliyyatlar həyata keçirməsi çox da uzaqda olmaya bilər.

 





19.05.2022    çap et  çap et