Vaxt.Az

“Ai-95”in qiyməti dəyişəcəkmi?


 

“Kartel sövdələşməsi” məsələsi Azərbaycanda da tətbiq edilə bilərmi?

“Ai-95”in qiyməti dəyişəcəkmi? Azərbaycan bazarında “Ai-95” markalı benzin 8 aydır ki, stabil qiymətə satılır. Ölkədə mövcud olan qanunlara görə, 2014-cü ilin aprelindən yüksəkoktanlı avtomobil benzinlərinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Yəni hökumətin qanunlarına görə “Ai-95” və “Ai-98” markalı benzinlərin qiymətini bazar tənzimləyir. Bazardakılar da həmişə sözü bir yerə qoyub eyni gündə eyni vaxtda eyni qiymətə benzin satırlar.

Mən hələ bir dəfə də olsun müşahidə etməmişəm ki, AR İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Xidməti yanacaq bazarı iştirakçılarını xəbərdarlıq etsin ki, “ayıbdır axı, qanunlara hörmətlə yanaşın, heç olmasa biriniz digərinizdən 1 qəpik ucuz satın”. Nə isə amma ümid edirəm ki, haçansa “kartel sövdələşməsi” məsələsi Azərbaycanda da tətbiq ediləcək.

Mətləbdən uzaqlaşmayaq. Bu qiymət dəyişəcək, ya yox?

Azərbaycana idxal edilən benzinin əsas hissəsi Rusiyadakı zavodlardan alınan yanacaqdır. 2021-ci ilin sentyabrında (Azərbaycanda 1.60 qiyməti bərqərar olunanda) Moskva birjasında 1 ton Ai-95 markalı benzin 60 min rubla satıldığı halda, 2022-ci ilin may ayı ərzində 46-47 min rubla təklif edilib. Qiymətin ucuzlaşmasına səbəb həm ölkə xaricinə satışların azalması, həm də ölkə daxilində istehlakın azalmasıdır.

 





19.05.2022    çap et  çap et