Vaxt.Az

Təbriz stadionunda Azərbaycan bayrağı


 

“Traxtur” və “Persepolis” qarşılaşmasında duyğusal anlar

Təbriz stadionunda Azərbaycan bayrağı Mayın 19-da Təbrizin “Səhənd” stadionunda “Traxtur” və “Persepolis” komandalarının qarşılaşması zamanı azərbaycanlı fəallar Azərbaycan Respublikasının bayrağını qaldırıblar.

Türkiyə bayrağı ilə birgə Azərbaycan bayrağının qaldırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Sosial media fəalları iki komandanın oyununda İran bayrağının gözə dəymədiyi halda Azərbaycan Respublikasının bayrağının qaldırılması və coşqu ilə qarşılanmasını İran hökumətinə mesaj kimi dəyərləndiriblər.

 





20.05.2022    çap et  çap et