Vaxt.Az

Zirzəmisi sığınacaq olaq məktəb atəşə tutulub


 

Rusiya Krıma quru yol dəhlizi açmaq cəhdlərini davam etdirir

Zirzəmisi sığınacaq olaq məktəb atəşə tutulub Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının növbəti hesabatında deyilir ki, Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarət etmək və ilhaq edilmiş Krıma quru dəhlizi açmaq cəhdlərini davam etdirir.

Ukrayna komandanlığının məlumatına görə, bütün cəbhə xətti boyunca atışma davam edir. Slavyanski istiqamətində Rusiya hərbçiləri hücum əməliyyatlarını bərpa etməyə çalışırlar - xüsusən də Severski Donets çayını keçmək üçün keçid tikməyi planlaşdırırlar.

“Ponton-körpü keçidini idarə etmək üçün xüsusi texnikanın cəmləşməsi var. Qoşunların qruplaşdırılmasını gücləndirmək və hücumu intensivləşdirmək üçün işğalçılar əlavə bölmələr yerləşdirirlər”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda belə qeyd edilir.

Ukrayna ordusu Rusiyanın Severski Donetsindəki ponton keçidlərini bir neçə dəfə məhv edib. Britaniya kəşfiyyatı bu çayı keçməyə cəhd edən Rusiya ordusunun xeyli itki verdiyini bildirib.

Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın mayın 21-də açıqladığı məlumata görə, sutka ərzində bölgədə 6 nəfər həlak olub.

“Hətta mayın 20-də səhər saatlarında ruslar Severodonetskin yeni rayon sakinlərinin müharibə başlayandan bəri zirzəmisinə sığındığı məktəbi atəşə tutublar”, - Qayday teleqramında yazıb. Gün ərzində bölgədə 50-yə yaxın ev dağılıb.

Sumı vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski mayın 21-də səhər saatlarında bölgədəki icmalardan birinin Rusiya ərazisindən atəşə tutulması barədə məlumat verib.

Şənbə günü Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində zirehli maşınlar üçün nəzərdə tutulan yanacaq anbarlarına raket zərbələri endirildiyi barədə məlumat verib. Moskva həmçinin Odessa yaxınlığında Ukrayna ordusunun xüsusi əməliyyat qüvvələri üçün təlim bazasını məhv etdiyini iddia edir. Bunda başqa o da iddia olunur ki, Ukraynanın Jitomir vilayətində “Kalibr” hərbi dəniz raketləri Ukrayna ordusu üçün ABŞ və Avropadan gətirilən silahların böyük partiyasını məhv edib. Hələki bu iddialara Ukrayna tərəfinin münasibəti bəlli deyil.

 





21.05.2022    çap et  çap et