“Biz səmimi olmalıyıq. Əgər siz Ukraynanın altı ay, bir və ya iki il ərzində Avropa İttifaqına qoşulacağını deyirsinizsə, siz yalan danışırsınız”, – deyə Bon mayın 22-də “Radio J”yə verdiyi müsahibədə bildirib: “Mən ukraynalılara illüziya və ya yalan təklif etmək istəmirəm”.
Fransanın Avropa nazirinin şərhi ölkə prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən sonra səslənib. Mayın 21-də Ukrayna prezidenti Zelenski Makronun bu təklifindən imtina edib.
“Bizə bu cür kompromis lazım deyil”, – deyə, Zelenski Kiyevdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.