Vaxt.Az

Ukrayna kanalları dayandırıldı


 

Krımda yeni telekanal açılacaq

Ukrayna kanalları dayandırıldı Krımda Ukraynanın bütün telekanallarının analoq yayımı dayandırılıb. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumatına görə, onların bəzilərinin tezliklərində Rusiya kanallarının yayımı başlayıb.

Məsələn, «İnter» telekanalının yerinə Krımda indi NTV, «1+1» kanalının yerinə Rusiyanın 1-ci kanalı, Ukraynanın «1-ci milli» kanalının yerinə isə «Rusiya 1» translyasiya olunur. Krımın »Qara dəniz» telekanalının yerini «Rusiya 24» tutub. «Rusiya 24»-ün yerinə isə yeni «Krım 24» telekanalının açılması planlaşdırılır.
 





09.03.2014    çap et  çap et