Vaxt.Az

Mark Libbi kimdir?


 

ABŞ prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

Mark Libbi kimdir? Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Co Bayden mayın 25-də Mark Libbinin bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Onun namizədliyinə Senatda baxılacaq.

Bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerin səlahiyyət müddəti başa çatır.

***

M.Libbi Vaşinqtonda yerləşən Milli Hərbi Kollecində Dövlət Departamentinin müşaviridir. O, 2018-ci ilin iyulundan 2021-ci ilin iyununa kimi ABŞ-ın Brüsseldəki missiyasında rəhbər müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

***

“Mən şəxsən tanımasam da, onun böyük təcrübəsi var”, - ABŞ-ın Azərbaycanda keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”ın Vaşinqton müxbirinə M.Libbinin namizədliyinin irəli sürülməsini şərh edərkən bildirib.

“Yaxşı ki, o, ABŞ Diplomatiya Xidmətinin kadr əməkdaşıdır”, - Kozlariç əlavə edib.

“Mənim ona yeganə məsləhətim ABŞ-ı Azərbaycanda təmsil etməkdən zövq almaqdır”, - sabiq səfir vurğulayıb.

 





26.05.2022    çap et  çap et