Vaxt.Az

Kreml yenidən Kiyevə hücumu müzakirə edir


 

İşğalçılar minimum proqramdan sonra maksimuma köklənəcək

Kreml yenidən Kiyevə hücumu müzakirə edir “Meduza” nəşri Rusiya hökumətindəki mənbələrə istinadən iddia edir ki, Kreml Donbasdakı uğurlardan ilhamlanaraq yenidən Kiyevə mümkün hücumdan danışır. Nəşrin həmsöhbətlərinin dediyinə görə “minimum proqram” kimi Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsi nəzərdə tutulur, lakin “maksimum proqram”, Kiyevə hücum yenidən müzakirə mövzusuna çevrilib.

Eyni zamanda, mənbələr bildirirlər ki, Kreml səfərbərlik etmədən bunu etmək niyyətindədir. Rusiya hakimiyyəti uzun sürən müharibə fonunda Qərbin Ukraynaya dəstəyini zəiflədə biləcəyini təklif edir.

 





28.05.2022    çap et  çap et