Vaxt.Az

“Rəqəmsal prokuror”


 

Baş Prokurorluq süni intellekt əsaslı “elektron məhkəmə” hazırlayır

“Rəqəmsal prokuror” Baş Prokurorluq “Elektron cinayət işi” informasiya sisteminin yeni versiyasını və "Cinayət xəritəsi" informasiya sistemini təqdim edib. Bu sistemlər bütöv” cinayət prosesini, yəni cinayət işinin başlandığı və məhkəməyə göndərildiyi müddətədək olan prosesi tam rəqəmsallaşdırmağa imkan verəcək.

Bu sistemlər vasitəsilə cinayətlər, onun iştirakçıları, ekspertizalar, cinayət törədilən ərazilər, zərərçəkənlər və cinayət törətmiş şəxslər haqqında nəhəng informasiya toplanacaq.

Yeni sistem “Elektron prokurorluq” və “Elektron məhkəmə” informasiya sistemlərinə, “Elektron hökumət” və digər dövlət informasiya sistemlərinə inteqrasiya olunub. 

Yəni, prokurorluq artıq hansısa dövlət qurumuna sorğu vermək əvəzinə,” zəruri məlumatı real vaxt müddətində elə həmin dövlət qurumunun informasiya sistemindən elektron formada ala biləcək.

Sistemin süni intellekt əsaslı rəqəmsal modulları isə mövcud məlumatları analiz etməklə müxtəlif qərarların qəbulu üçün prokurorlara kömək edəcək.

Düşünürəm ki, yeni yaradılmış sistem şəffaflığın təmin edilməsi, prokurorların işinin asanlaşdırılması, sənədlərin saxtalaşdırılmasının qarşısının” alınması, müxtəlif mənfi risklərin minimuma endirilməsi, nəzarət qurumlarının işinin daha effektiv qurulması” və ümumiyyətlə qərarların qəbulunda çeviklik və effektivliyin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Son illərdə xarici ölkələrdə artıq süni intellekt əsasında “rəqəmsal prokuror”ların xidmətlərindən istifadə ilə bağlı məlumatlara rast gəlirik.

Böyük miqdarda cinayət işlərini, nəhəng məlumatları analiz edən süni intellekt əsaslı proqramlar ittiham irəli sürə bilir. 

Məsələn, Çində kredit kartları üzrə saxtakarlıq, oğurluq və dələduzluqlar üzrə, digər bu tip cinayətlər üzrə “rəqəmsal prokuror” ittiham irəli sürə bilir.

Beləliklə, düşünmək olar ki, bizim Baş Prokurorluqda da” cinayət işləri üzrə nəhəng kağız qovluqlar dövrü tam olaraq arxada qalacaq”. Prokurorluğun rəqəmsal transformasiyası bu qurumun qarşısında duran vəzifələri daha effektiv və çevik fromada reallaşdırmağa imkan verəcək .

Düşünürəm ki, Baş Prokurorluq bütövlükdə prokurorluq sisteminin rəqəmsal transformasiyasının tərkib hissəsi olaraq”, mövcud sistemləri gücləndirməklə, toplanmış materialları rəqəmsallaşdırmaq və böyük məlumatları emal etməklə süni intellekt əsası həllər yaradaraq bəzi cinayət işlərində” “rəqəmsal prokuror”dan istifadə edə bilər.

Ümid edirəm, yeni sistemdə, cinayət prosesinin bütün iştirakçıları üçün, vəkillər üçün, ictimai nəzarəti gerçəkləşdirmək üçün açıq məlumatların əldə edilməsi imkanlarını da yaradacaqlar.

 





03.06.2022    çap et  çap et