Vaxt.Az

Yarış həftəsi başlayır


 

Növbəti dəfə qəhrəman olacaq, yoxsa axmaq?

Yarış həftəsi başlayır Artıq yavaş-yavaş yarış həftəsinə giririk. Buna görə də Azərbaycan Qran Prisində baş vermiş bəzi maraqlı məqamlar barədə yazacağam.

Ən maraqlı anlardan biri 2017-ci ildə baş vermişdi. Həmin il “Formula-2”də yarışan Şarl Leklerin atası Azərbaycan Qran Prisi həftəsi dünyasını dəyişmişdi. Lekler isə son nəfəsini verən atasına yalan danışmışdı və demişdi ki, artıq “Ferrari” ilə müqavilə bağlayıb və növbəti “Formula-1”də yarışacaq. 

Azərbaycanda gənc Şarlı çətin yarış gözləyirdi. Amma o bütün çətinliklərə baxmayaraq, şənbə günü keçirilən ilk yarışda qalib gəldi. Bazar günü keçirilən ikinci yarışda isə ikinci oldu. Yarışdan sonra isə “səni sevirəm ata” plakatı ilə kameraya poz vermişdi. 

Növbəti il Şarl Lekler atasına verdiyi sözü tutub “Alfa Romeo” ilə “Formula-1”ə transfer olundu. “Formula-1”dəki ilk xallarını da 2018-ci ilin Azərbaycan Qran Prisində qazandı. 2019-cu ildə “Ferrari”yə keçdi, ancaq. Ancaq bu dəfə Bakıda özünün deyimi ilə “axmaq” oldu. 

Bəs bu il necə? Növbəti dəfə qəhrəman olacaq, yoxsa axmaq? Sizcə?

 





05.06.2022    çap et  çap et