Vaxt.Az

“Vaxa” ləqəbli snayper öldürülüb


 

Vladimir Andanov “Vaqner”in muzdlularından ən sərrastı olub

“Vaxa” ləqəbli snayper öldürülüb Ukraynada Rusiyanın tərəfində döyüşən “Vaqner” muzdlu hərbi dəstəsinin üzvü, milliyyətcə buryat olan “Vaxa” ləqəbli Vladimir Andanov zərərsizləşdirlib.

Vladimir Andanov “Vaqner”in ən sərrast snayperlərindən biri olub.

Andanov hələ 2014-cü ildən “məşhurlaşıb”. O, Donbasa könüllü kimi gedib, Debaltsevo uğrunda döyüşlərə qatılıb və Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin edamında iştirak edib.

Məlumata görə, Vladimir Andanov  Donbasda dinc əhalinin qətlə yetirilməsində yaxından iştirak edib, sonra isə Suriyaya gedib. Orada “Vaqner”in muzdlu əsgəri olub və yenidən Ukraynaya qayıdaraq Rusiyanın tərəfində döyüşməyə başlayıb.

Andanov Xarkov yaxınlığında məhv edilib. Artıq onun ölümünü “Vaqner” də təsdiqləyib. Snayperin meyitini tezliklə Buryatiyaya çatdırmağı planlaşdırırlar.

 





06.06.2022    çap et  çap et