Vaxt.Az

Bakı-Naxçıvan bileti 60 manat


 

Əli Əsədov fərman imzaladı

Bakı-Naxçıvan bileti 60 manat Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb. Bu barədə qərarı Azərbaycanın baş naziri Əli Əsədov bu gün, iyunun 6-da imzalayıb.

Bununla o, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli Qərarında dəyişiklik edib.

Həmin qərarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə 20 manat güzəşt edilməsi əks olunurdu. Yeni dəyişikliklə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.

Bununla da Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat müəyyən edilib.

 





06.06.2022    çap et  çap et