Vaxt.Az

“Çox vaxt qalmayıb”


 

MAQATE direktoru: “Tehran nüvə silahı əldə etmək ərəfəsindədir”

“Çox vaxt qalmayıb” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Tehranı nüvə fəaliyyətləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının nəzarət orqanı ilə əməkdaşlıq etməməkdə ittiham edib.

O, İran hökumətinin ölkədəki 3 məxfi nüvə təsisatı ilə bağlı indiyə qədər etibarlı izahat vermədiyini bildirib.

Qrossi İranın nüvə proqramının davam etdirilməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.

Bu barədə agentliyin rəhbəri Rafael Qrossi sözügedən təşkilatın Vyanada baş tutan iclasında çıxışı zamanı deyib.

O bildirib ki, İran 2018-ci ildə Tehranın Turquzabad bölgəsindən daşınan nüvə maddələrinin saxlandığı yaxud bu maddələrlə çirklənmiş avadanlıqların yeri barədə MAQATE-yə heç bir məlumat verməyib .

Qrossi sonda Beynəlxalq Agentliyin İranla dərhal hazırkı problemləri həll edərək, bu ölkənin nüvə proqramının tamamilə sülh məqsədli olduğuna əmin olmaq üçün danışıqlar aparmağa hazır olduğunu qeyd edib.

“Onların nüvə silahı əldə etmələri üçün çox vaxt qalmayıb. MAQATE-İran əməkdaşlığının daha da azaldılması heç kimin xeyrinə deyil”, – deyə, Rafael Qrossi bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı bildirib ki, İran yeni sentrifuqalar hazırlamağa davam edir, bu da onların daha çox və daha sürətli istehsal texnologiyasına nail olmağa çalışdıqları deməkdir.

 





07.06.2022    çap et  çap et