Vaxt.Az

İranda ağır qatar qəzası


 

13 insan ölüb, onlarla yaralı var

İranda ağır qatar qəzası İyunun 8-i səhər saatlarında İranda qatarın relsdən çıxması nəticəsində ağır qəza baş verib və onlarla nəfər ölüb və yaralanıb.

Məlumata görə, Məşhəd-Yəzd qatarının 5 vaqonu Abbasabad bölgəsində relsdən çıxıb.

Nəticədə 13 nəfər ölüb, 50 nəfər ağır bədən xəsarətləri alıb.

Yəzd əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədəli Məlikzadə mediaya verdiyi açıqlamada yaralılarının 16-nın durumunun ağır olduğunu və 4 nəfərin itkin düşdüyünü bildirib.

O, qəza baş verən bölgədə nəqliyyatın hərəkətinin çətinləşdiyini, bu üzdən xilasetmə işlərinin vaxt apardığını və hadisə yerinə 3 helikopterin cəlb olunduğunu deyib.

 





08.06.2022    çap et  çap et