Vaxt.Az

Severodonetsk uğrunda döyüşlər


 

Conson: “Rusiya artilleriyasının günahsız vətəndaşları öldürməsini izləyə bilmərik”

Severodonetsk uğrunda döyüşlər Ukrayna və Rusiya qüvvələri bazar ertəsi Ukraynanın şərqində Severodonetsk şəhərinin küçələrində döyüşüblər. Ukrayna qüvvələri deyib ki, Rusiya qoşunları cənub-şərqdə yerləşən mühüm Zaporijye şəhərini ələ keçirmək niyyətindədirlər.

Şəhər administrasiyasının rəhbəri Aleksandr Stryukun sözlərinə görə, Severodonetskdə vəziyyət “hər saat dəyişir”.

Prezident Vladimir Zelenski deyib ki, Ukrayna qüvvələrinin şəhərə nəzarəti ələ keçirmək “imkanı var.”

Onun bu qiymətləndirməsi Luqansk bölgəsinin qubernatoru Serdey Qaydayın Ukraynanın mövqe itirdiyini söyləməsindən sonraya təsadüf edib.

Qayday deyib ki, “Bizim müdafiəçilərimiz müəyyən müddət ərzində əks-hücum həyata keçirməyi bacardılar. Onlar şəhərin demək olar yarısını azad etdilər. Amma indi vəziyyət bizim üçün yenidən bir az pisləşib”.

Həm Rusiya, həm Ukrayna bir-birinə böyük itkilər verdiyini iddia edir.

Zelenski bazar ertəsi mətbuat konfransında bildirib ki, Rusiya qüvvələri həmçinin Zaporijyeni də ələ keçirməyə çalışırlar ki, ölkənin mərkəzinə doğru irəliləyə bilsinlər.

“Düşmən Zaporijye şəhərini işğal etmək istəyir,” Zelenski deyib. Şəhər müharibədən öncə 700 min əhalisi olan sənayə mərkəzidir.

Ukrayna lideri bazar ertəsi deyib ki, o, Britaniya baş naziri Boris Consondan “yeni gücləndirilmiş müdafiə dəstəyi paketi”nin təsdiqini alıb və iki lider Ukrayna limanlarını açmağın və ərzaq böhranının qarşısını almağın yollarını müzakirə ediblər.

Britaniya bazar ertəsi 80 kilometr məsafədə hədəfləri vura bilən “M270” çox lüləli raketatan sistem göndərdiyini elan edib.

“Biz Rusiyanın uzun-mənzilli artilleriyasının şəhərləri yerlə yeksan etdiyini və günahsız vətəndaşları öldürməsini izləyə bilmərik”, – Conson deyib.

Zelenski bazar ertəsi gecə gündəlik müraciətində deyib: “Mən Baş nazir Boris Consona tələblərimizi tam şəkildə anladığına və Ukraynanı xalqının həyatlarını qorumaq üçün ehtiyacı olduğu silahlarla təmin etdiyinə görə minnətdaram”.

Britaniyanın müdafiə naziri Ben Vallas deyib ki, Rusiyanın taktikaları dəyişdikcə Ukraynaya dəstək dəyişməlidir və yeni raket sistemləri “ukraynalı dostlarımıza özlərini Putinin qüvvələrinin şəhərli yerlə yeksan etmək üçün fərq qoymadan istifadə etdiyi uzun-mənzilli raketlərdən qəddar istifadəyə qarşı daha yaxşı qorumaq imkanı verəcək”.

Putin xəbərdarlıq edib ki, Qərb Ukraynaya uzun-mənzilli raket sistemləri göndərmək planlarını həyata keçirsə, Moskva “bizim hələ vurmadığımız” hədəfləri vuracaq.

ABŞ prezidenti Co Bayden ötən həftə deyib ki, Birləşmiş Ştatlar Kyiv hökümətinə 700 milyon dollar dəyərində yeni silah göndərməyi planlaşdırır ki, onlara dörd ədəd dəqiq idarə olunan orta-mənzilli raket sistemləri, helikopterlər, Javelin tank əleyhinə silah sistemləri, radarlar, taktiki maşınlar, ehtiyat hissələri və s. daixldir.

Rusiyanın xarici işlər nazirliyi bazar ertəsi “ABŞ-ın davamlı olaraq genişləyən sanksiyalarına” cavab olaraq, 61 ABŞ vətəndaşına qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq olunan şəxslərin siyahısına maliyyə naziri Canet Yellen və “Netflix”in baş icraçı direktoru Rid Heystinqs daxildir.

 





08.06.2022    çap et  çap et