Vaxt.Az

Saxta arayışlar satırmış...


 

Dövlət Arxivinin Şirvan filialının direktoru həbs edilib

Saxta arayışlar satırmış... Azərbaycan Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynov həbs edilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Dövlət Arxivinin Şirvan filialının direktoru H.Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Hamlet Hüseynovun ailə üzvləri və vəkili hələ onun həbsinə münasibət bildirməyib.

 





08.06.2022    çap et  çap et