Vaxt.Az

Yarım milyon insan acdır


 

Ermənistanda hər 6 nəfərdən 1-i normal qidalamır

Yarım milyon insan acdır BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.

Təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.

Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 faiz artıb. 2020-ci ildə bu, 27 faiz olub.

Ermənistanın əhalisi 3 milyon nəfərdir.

 





09.06.2022    çap et  çap et