Vaxt.Az

Cavadxanın ikinci son mənzili


 

Gəncəlilər qəhrəman bəylərbəyini necə qorudu?

Cavadxanın ikinci son mənzili Gəncə, 27 mart 1990-cı il. Cavad xanın nəşi dəfn edilmək üçün Şah Abbas məscidinin həyətinə gətirilir.

Sovetlər dövründə Gəncədə  I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunan Cavad xanın məzarı 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında dağıdılıb. Məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı ekskavator təsadüfən bir şeyə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar aşkarlanır. Yazıların oxunması ilə məzarın , Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Baş daşında yazılırdı: “Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur”.

Lakin Gəncənin qeyrətli oğulları  Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb. Xanın məzarı qorunmaq məqsədi ilə Səbiskar qəbiristanlığına aparılır və 30 il Əsgər Ağa Goraninin türbəsində gizlədilir.

1990-cı ildə hələ Sovet hakimiyyəti tam çökməmişdi, rusların ölkəyə təsiri hiss edilirdi, vəzifədə olan məmurlar rusları “qızışdırmama” üçün  Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazdılar. Amma camaat razı olmadı. Sovetlər dövründə qazıntında iştirak edib,  xanın sümüklərini tapan adamlardan sağ qalanlar vardı. Onlar tələb etdilər ki, sümükləri haradan götürmüşüksə, orada da dəfn etməliyik. Xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirirlər.  Əhalinin təzyiqi ilə Cavad xan üçün yenidən elə öz məzarında yer qazıldı, ordaca dəfn edildi.

 





10.06.2022    çap et  çap et