Vaxt.Az

Bayden qərarsızdır


 

ABŞ “arzuolunmaz” saydığı şəxslə görüşəcəkmi?

Bayden qərarsızdır ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edib-etməyəcəyinə “hələ ki,” qərar vermədiyini bildirib. Bu, onun bu səfərin mümkün olduğuna işarə etməsindən bir həftə sonraya təsadüf edib.

Mənbələr Baydenin Səudiyyə iyun ayının sonunda Avropa və İsraillə yanaşı Səudiyyə Ərəbistanına səfər planlaşdırdığını bildirmişdi.

Ağ Ev daha öncə deyib ki, prezident Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın siyasi tənqidçisi və Washington Post qəzetinin jurnalisti Camal Xaşuqçinin 2018-ci ildə Türkiyədə qətlə yetirilməsində oynadığı rola görə “arzuolunmaz” olduğunu düşünür.

 





12.06.2022    çap et  çap et